Baş nazir La Liqanın başlayacağı tarixi açıqladı

İspaniyanın baş naziri Pedro Sançes La Liqanın başlayacağı tarixi açıqlayıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, o, çempionatın iyunun 8-də bərpa olunacağını bildirib.

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. Çempionat martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi təlimlər başa çatıb

SONRAKI XƏBƏR

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib