Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi

Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi

Koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran İspaniya millisinin məşhur azarkeşi Manuel Kaseresin də maddi vəziyyətinə təsir edib.

Fanat.Az AFP-yə istinadən xəbər verir ki, Kaseres bu səbəbdən məşhur barabanını hərraca qoyub.

"Bütün ispanlar kimi, mən də ağır günlərdən keçirəm. İnsanlar tez-tez alətimi almaq istəyirdilər, amma həmişə satmayacağımı deyirdim. Artıq bunu etmək məcburiyyətindəyəm", - deyə 71 yaşlı azarkeş qeyd edib.

Manolo 1982-ci ildə keçirilən dünya çempionatı vaxtı məşhurlaşmışdı. O, indiyə kimi 10 dünya çempionatı və 7 Avropa çempionatında İspaniya millisinə birbaşa stadiondan dəstək olub.

Fanat.Az

Mənbə: www.fanat.az