"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço iş yerini dəyişə bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Bavariya" Sanço uğrunda mübarizəyə qoşulub. Leroy Sanenin ("Mançester Siti") transferi baş tutmayacağı təqdirdə, Münhen klubu bütün diqqətini ingilis futbolçuya yönəldəcək.

Sanço uğrunda favorit "Mançester Yunayted" hesab olunur. "Borussiya" 20 yaşlı oyunçunun transferinə 120 milyon avrodan aşağı qiymətə razılıq vermək niyyətində deyil. Koronavirusla əlaqədar yaranan böhrana baxmayaraq, "dortmundlular" endirim etmək istəmir.

Fanat.Az

Mənbə: fanat.az