"Bavariya" "Ayntraxt"ı darmadağın etdi

Futbol üzrə Almaniya Bundesliqasında XXVII turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, lider "Bavariya" Frankfurt "Ayntraxt"ını qəbul edib. Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:2. "Bavariya"nın qollarını 17-ci dəqiqədə Leon Qoretska, 41-ci dəqiqədə Tomas Müller, 46-cı dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Alfonso Deyvis və 74-cü dəqiqədə "Ayntraxt"dan Martin Hinteregger öz qapısına vurub. Hinteregger avtoqoladək 52 və 55-ci dəqiqələrdə "dubl" etməyi bacarıb.

Bu nəticədən sonra xalını 61-ə çatdıran "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə çatdırıb. "Ayntraxt" isə 28 xalla 13-cü yerdə qalıb.

Turun digər oyunlarının nəticələri:

23 may

"Borussiya" (Mönhenqladbax) - "Bayer" - 1:3

"Volfsburq" - "Borussiya" (Dortmund) - 0:2

"Paderborn" - "Hoffenhaym" - 1:1

"Frayburq" - "Verder" - 0:1

22 may

"Herta" - "Union Berlin" - 4:0

Qeyd edək ki, tura mayın 24-də keçiriləcək "Şalke" - "Auqsburq", "Maynts" - "Leyptsiq" və "Köln" - "Fortmuna" (Düsseldorf) görüşləri ilə yekun vurulacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda polis gücləndirilmiş iş rejiminə keçib

SONRAKI XƏBƏR

Bakıda güclü külək nəticəsində qırılaraq yola aşan ağac hərəkətə maneə yaradıb - FOTO