La Liqanın prezidenti: “Çempionatın bərpa tarixi hələ təsdiqlənməyib”

Koronavirus pandemiyası üzündən dayanan İspaniya çempionatının bərpa tarixi təsdiqlənməyib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqıayıb.

Ölkənin baş naziri Pedro Sançes La Liqada mövsümün iyunun 8-də bərpa olunacağını bəyan etsə də, yarışın təşkilatçısı hələ dəqiqləşməli detalların olduğunu bildirib: “Çempionatın bərpa tarixi hələ təsdiqlənməyib. Biz bunu yaxın günlər ərzində elan edəcəyik. Bir araya toplaşmalı, bəzi detalları dəqiqləşdirməliyik. Bundan sonra dəqiq tarixi deyəcəyik”.

Qeyd edək ki, İspaniya çempionatı martda dayandırılıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edildi

SONRAKI XƏBƏR

AKP sözçüsündən Yaycının istefasına münasibət