"Mançester Yunayted"dən ayrılır - Çində oynayacaq

"Mançester Yunayted"dən ayrılır - Çində oynayacaq

"Mançester Yunayted" transfer hüquqları "Şanxay Şenxua"ya məxsus olan Odion İqalonun icarə müqaviləsini uzatmaqla bağlı problem yaşayır.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Çin klubu İqalonun daha üç ay, yəni Premyer Liqanın sonuna kimi MY-də qalmasına qarşı çıxır. Oyunçunun "Şenxua"ya qayıdacağı gözlənilir.

Nigeriyalı futbolçunun icarə sözləşməsi 31 mayda bitir. Şanxay təmsilçisi Superliqanın yeni mövsümündə onun xidmətindən faydalanmaq istəyir. İqalo isə mövsümü "qırmızı şeytanlar"ın heyətində başa vurmaq niyyətindədi.

"Şanxay" 30 yaşlı hücumçuya yeni 2 illik müqavilə təklif edib. İqalo təklifi qəbul edəcəyi təqdirdə, həftəlik 400 min funt qazana bilər.

"Mançester Yunayted" yanvar ayının sonlarında İqalonun 6 aylıq icarəsinə görə 3 milyon funt ödəmişdi. Klub forvarda həftəlik 130 min funt məvacib verir.

Mənbə: www.fanat.az