İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin sabiq futbolçusu Erik Kantonanın “Mançester Yunayted”ə keçidi ən yaxşı hesab olunub.

Qalmaqalları ilə də məşhurlaşan futbolçu 1992-ci ildə “Lids”dən cəmi 1,34 milyon avroya transfer edilib. “Tottenhem”dən “Arsenal”a azad agent kimi keçən Sol Kempbell ikinci, “Kann”dan “Lester”ə 6,26 milyon avroya transfer olunan Nqolo Kante üçüncü olub.

Qeyd edək ki, Kantona “Mançester Yunayted”də 5 il oynayıb. Fransalı 1992-97-ci illərdə çıxış etdiyi komanda ilə 4 dəfə İngiltərə çempionu, iki dəfə kubokun qalibi olub. O, 179 matçda 81 qol vurub, 61 məhsuldar ötürmə verib.

Mənbə: apa.az