"Yuventus" İquainə qiymət qoydu

"Yuventus" İquainə qiymət qoydu

"Yuventus"un futbolçusu Qonzalo İquaini satmağa hazırdır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 32 yaşlı hücumçuya 18 milyon avro qiymət qoyub. Argentinalı oyunçu ilə "River Pleyt", "Nyukasl" və "Vulverhempton"un maraqlandığı iddia olunur.

Qeyd edək ki, İquainin "Yuventus"la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Mənbə: qol.az