"Traktor"da 4 futbolçu koronavirusdan şübhəli bilindi

"Traktor"da 4 futbolçu koronavirusdan şübhəli bilindi

Cənubi Azərbaycan təmsilçisi "Traktor"da 4 futbolçu koronavirusdan şübhəli bilinib.

Qol.az xəbər verir ki, bu barədə Təbriz klubunun saytı məlumat yayıb. Bildirilib ki, ilkin nəticələrə əsasən, 4 oyunçuda koronavirus şübhəsi təyin edilib.

Buna görə, komandanın bütün üzvlərinin yenidən testdən keçəcəyi bildirilib.

Mənbə: qol.az