"Qəbələ"nin sabiq futbolçusu: "Bəzən meydandan inəkləri qovmalı olurduq"

"Qəbələ"nin sabiq futbolçusu: "Bəzən meydandan inəkləri qovmalı olurduq"

Deyv Bultuis

"2017-ci ilin yanvarında İsveçrənin "Sürix" və Azərbaycanın "Qəbələ" klublarından təklif almışdım".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin sabiq futbolçusu Deyv Bultuis "De Telegraaf" nəşrinə müsahibəsində deyib.

Əyalət təmsilçisinə keçidi barədə danışan niderlandlı müdafiəçi həmin vaxtı karyeranı yox, pulu seçdiyini etiraf edib: "Bu klub mənə 2 qat maaş təklif etdi. Seçim qarşısında qaldım: pul, yoxsa idman? Sonda pulu seçdim".

"Qəbələ"də cəmi 4 oyun keçirən 30 yaşlı futbolçu komandadan ayrılma səbəbini də açıqlayıb: "Heyətdə əcnəbi futbolçular çox idi. Baş məşqçi legionerə əsasən hücum xəttində üstünlük verirdi. Oynamaq şansım az idi. Bu isə idman baxımından az məna kəsb edirdi. Bəzən inəkləri meydandan qovmalı olurduq".

Qeyd edək ki, Deyv Bultuis "Qəbələ"yə Almaniyanın "Nürnberq" klubundan keçmişdi. Təcrübəli oyunçu hazırda Cənubi Koreyanın "Ulsan Hundai" komandasında çıxış edir.

Mənbə: report.az