Pandemiya dövründə ilk dəfə mövsüm azarkeşlərin iştirakı ilə bərpa olundu

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Vyetnam çempionatı bərpa olunub.

"Report"un məlumatına görə, fasilədən sonra ilk oyun ölkə kubokunun 1/16 final mərhələsində "Nam Din" və "Hoanqan Zyalay" komandaları arasında baş tutub. İlk və ikinci yarının sonlarında fərqlənən meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Hazırda davam edən digər çempionatlardan fərqli olaraq, qarşılaşma dolu tribunalar qarşısında keçirilib.

Qeyd edək ki, Vyetnam hökuməti pandemiyaya baxmayaraq matçların azarkeşlərin iştirakı ilə keçirilməsinə qərar verib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Moped sürücülərinin ölümlərində kim günahkardır: DYP, şirkət, ya özləri?

SONRAKI XƏBƏR

Pandemiya məhdudiyyətləri siçovulların həyatında iz qoydu