Avroliqa prezidenti mövsümün ləğv olunmasını istəyir

Avroliqa prezidenti mövsümün ləğv olunmasını istəyir

Avroliqanın prezidenti Jordi Bartomeu klublara 2019-20 mövsümünü vaxtından əvvəl bitirməyi təklif edib.

Ötən şənbə liqa rəhbərliyi mövsümün erkən başa çatmasının tərəfdarı olan nüfuzlu oyunçularla görüşmüşdü. Fanat.Az "Eurohoops"a istinadən xəbər verir ki, artıq Avroliqa Oyunçular İttifaqı da turnirin ləğv olunması üçün klublara müraciət ünvanlayıb.

Bu gün klubların nümayəndələri ilə konfrans keçiriləcək. Görüşdən sonra rəsmi qərarın açıqlanacağı gözlənilir.

Koronaviurs pandemiyası səbəbindən kişi basketbolçuların Avroliqa turniri mart ayında dayandırılmışdı. Həmin ərəfədə aktivində 24 qələbə, 4 məğlubiyyət olan "Anadolu Efes" turnir cədvəlinin lideri idi.

Fanat.Az

Mənbə: www.fanat.az