Hakan Çalhanoğlu: “İbrahimoviçin azarkeşlik etdiyi türk klubu var”

İtaliyanın “Milan” klubunda forma geyinən türkiyəli ulduz futbolçu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçin Türkiyədə azarkeşlik etdiyi bir klub olduğunu açıqlayıb.

Bu barədə futbolçu “A Spor” telekanalında yayımlanan “Son Sayfa” proqramında qonaq olarkən danışıb.

“Zlatan İbrahimoviçlə aramız çox yaxşıdır. Mənə dəstək olur. Həm meydanda, həm də meydandan kənarda yaxşı yola gedirik. Kənardan göründüyü kimi eqolu bir insan deyil.

Meydandakı görünüşü çox normaldır. Çünki çox iddialı oyunçudur, meydandan kənarda isə qəlbi təmiz bir insandır.

Eyni zamanda, türkləri çox sevir. Azarkeşlik etdiyi bir türk komandası var, ancaq söyləmərəm”, - deyə H.Çalhanoğlu bildirib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxının icra başçısının müavini koronavirusa yoluxub

SONRAKI XƏBƏR

Azərbaycanda daxili turizm üçün 4 illik strategiya hazırlanır