Millimizin sabiq üzvü: "İspaniyalılar dedilər ki, bu qədər içmək olar, siz dəlisiniz"

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi İspaniya "Betis"ində başına gələn maraqlı əhvalatı xatırlayıb.

Veteran hücumçu "Championat" nəşrinə açıqlamasında komanda yoldaşları ilə yaxşı məclis təşkil etdiklərini və spirtli içki içdiklərini etiraf edib.

O bildirib ki, həmin yığıncaqdan sonra ispaniyalı futbolçular şikayətləniblər: "Komanda ilə tez-tez danışırdıq. Bir dəfə yaxşıca yeyib-içdik. Səhəri gün ispaniyalılar baş ağrısından şikayət edirdilər. Onlar deyirdilər ki, hətta içdikləri süd də onlara kömək etməyib. Sual verdilər ki, bu cür necə içirsiniz? Siz dəlisiniz. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlməmişdi".

Qasımovun sözlərinə görə, həmin gün elə də çox içki qəbul etməyiblər: "Deməzdim ki, başımız ağrıyacaq qədər çox içdik. Hər şey orta səviyyədə idi. Səhər özümü yaxşı hiss edirdim. Əsasən həftə sonları oyunlardan sonra restoranlarda yığışırdıq. İnsanlardan gizlənmək üçün VİP zonalarda otururduq. Orada sadəcə, restorana gedib sakit oturmaq mümkün deyildi. İnsanlar daim yaxınlaşıb avtoqraf istəyirdilər".

Qeyd edək ki, 1992-ci ilin ilk yarısını "Spartak"da keçirən Vəli Qasımov 6 oyunda meydana çıxsa da, qol vura bilməyib. Mövsümün ikinci hissəsində isə "Dinamo"da çıxış edən sabiq hücumçu 16 oyunda 17 dəfə fərqlənərək çempionatın bombardiri olub. Moskva təmsilçisindən sonra İspaniya "Betis"inə keçən veteran futbolçu bu ölkənin "Albasete", "Esixa", "Vitoriya" və "İmortal" klublarının formasının geyinib. Azərbaycanda isə Qasımov "Neftçi"də çıxış edib. //report

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib

SONRAKI XƏBƏR

İraqda İŞİD məlumat bazası ələ keçirildi