Taysona 20 milyon dollar təklif edildi – Əfsanə rinqə dönür

Taysona 20 milyon dollar təklif edildi – Əfsanə rinqə dönür

“Bare Knuckle Fighting Championship” (BKFC) əvvəllər ona meydan oxumaq istəyən istənilən şəxslə rinqə çıxmağa hazır olduğunu bildirən Mayk Taysona təklif verməyə hazırlaşır.

Teleqraf.com verir ki, bu barədə “MMA Fighting məlumat yayıb. Mənbə bildirib ki, Taysona matçda iştirak üçün 20 milyon dollar təklif etməyə hazırdırlar. Maykın mümkün rəqibi qarışıq döyüş sənəti veteranı Vanderley Silva ola bilər.
Xatırladaq ki, BKFC-nin təşviqat döyüşləri əlcəksiz keçirilir. Qarşılaşmalar hər biri 2 dəqiqə olmaqla 3 və ya 5 raunddan ibarət olur. Döyüşçülərə yalnız əlləri ilə döyüşməyə icazə verilir.

Onu da bildirək ki, ağır çəkidə boks üzrə 53 yaşlı keçmiş mütləq dünya çempionu bir müddət əvvəl xeyriyyə məqsədləri üçün idmana qayıtmağa hazır olduğunu bəyan etmişdi.

Tayson peşəkar rinqdə 56 döyüş keçirib. Onlardan 50-i qələbə (44 nokaut), altısı məğlubiyyətlə başa çatıb. Mayk 2005-ci ildə Kevin MakBreydə məğlub olduqdan sonra karyerasına son verib. O, Floyd Meyvezerdən əvvəl döyüşə görə dünyanın ən çox pul ödənilən boksçusu idi.

Mənbə: teleqraf.com