Zidan Edeqoru qaytarır

Zidan Edeqoru qaytarır

"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqor növbəti mövsüm "Real"da oynamaq şansı əldə edə bilər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Edeqor baş məşqçi Zinəddin Zidanın planlarına daxildi. Bu yay onun komandaya çağrılacağı və özünü əsas komandada göstərməsi üçün fürsət yaradılacağı bildirilir.

Koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran səbəbindən maliyyə problemləri ilə üzləşən Madrid klubu transferlər əvəzinə, öz yetirməsi - Edeqordan faydalanmaq istəyir. 21 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Norveçli oyunçu 2015-ci ildə "Real"ın heyətində debüt edib. O zaman onun 16 yaşı var idi.

Fanat.Az

Mənbə: www.fanat.az