Aurelio yenidən "Fənərbaxça"da - Rəsmi

"Fənərbaxça"nın sabiq futbolçusu Mehmet Aurelio komandaya qayıdıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı keçmiş yarımmüdafiəçi məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Braziliya əsilli milliləşdirilmiş futbolçu Türkiyə yığmasında 37 oyun keçirib. 2003-2008-ci illərdə "Fənərbaxça"da çıxış edən Aurelio bu müddətdə İstanbul klubu ilə 3 dəfə Superliqanı, bir dəfə isə Türkiyə Superkubokunu qazanıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalı haqda

SONRAKI XƏBƏR

Mişustin rusiyalıları xaricə səyahət etməyi planlaşdırmağa tələsməməyə çağırıb