Aleksandr Əliyev: “Məşqçimizə görə UEFA kubokunda finala çıxa bilmədik”

Aleksandr Əliyev: “Məşqçimizə görə UEFA kubokunda finala çıxa bilmədik”

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Aleksandr Əliyev komandasının 2008-2009-cu illər mövsümündə “Şaxtyor”a məğlub olaraq UEFA kubokunun finalına çıxa bilməməsində baş məşqçi Yuri Syomini günahlandırıb.

Bu barədə “Football.ua” məlumat yayıb.

“Hesab edirəm ki, məşqinin səhvinə görə finala çıxa bilmədik. O, “Şaxtyor”la oyunda İsmael Banquranı meydandan çıxardı. Biz Kiyevdəki həmin cavab qarşılaşmasında qalib gəlməli idik. Mənim sonda fürsətim oldu, Artyom Milevski ötürmə verdi və mən beş metrdən zərbə endirdim. Ancaq Andrey Pyatov komandasını xilas etdi”, - deyə, A.Əliyev bildirib.

Mənbə: www.oxu.az