Avroliqada mövsüm erkən başa çatdı - RƏSMİ

Avroliqada mövsüm erkən başa çatdı - RƏSMİ

Kişi basketbolçuların Avroliqa və Avrokubok turnirlərində mövsümün koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılması qərara alınıb.

Fanat.Az Avroliqanın saytına istinadən xəbər verir ki, insanların təhlükəsizliyini prioritet hesab edən rəhbərlik bu yöndə qərar qəbul edib.

Avroliqada builki 18 iştirakçının hamısının 2020/21 mövsümündə iştirakına zəmanət verilib. Yeni mövsüm 1 oktyabrda start götürəcək.

30 sentyabrda başlayacaq növbəti Avrokubok mövsümündə isə yalnız bu ilin 1/4 finalçılarının (UNİKS, "Monako", "Partizan", "Promiteas", "Virtus", "Tofaş", "Venesiya" və "Unikaxa") iştirak edəcəyi dəqiqdi. Digər komandaların adlarına daxili çempionatların nəticələri əsasında aydınlıq gələcək.

Fanat.Az

Mənbə: www.fanat.az