Mehmet Aurelio yenidən "Fənərbağça"da

Mehmet Aurelio yenidən "Fənərbağça"da

2003-2008-ci illərdə "Fənərbaxça"nın formasını geymiş Mehmet Aurelio yenidən sabiq klubuna qayıdıb.

 

Sport7.az xəbər verir ki, bu haqda klub məlumat yayıb. Sabiq futbolçu "Fənərbağça"nın məşqilər korpusunda yer alacaq.

 

2001-ci ildə Braziliyadan "Trabzonspor"a gələn Aurelio, 2003-cü ildə "Fənərbağça"ya transfer olunub. 2008-ci ilə qədər bu komandanın şərəfini qoruyan futbolçu Türkiyə vətəndaşlığı alandan sonra yığmada da forma geymişdi.

 

2003/04, 2004/5, 2006/07 mövsümündə "Fənərbağça" ilə ölkə çempionu olan Aurelio, 2010-2012-ci illərdə "Beşiktaş"da top qovub.

 

Sport7.az

Mənbə: sport7.az