126 milyonluq oyunçu sıradan çıxdı

126 milyonluq oyunçu sıradan çıxdı

"Atletiko"nun hücumçusu Joau Feliks məşqdə zədələnib.

Fanat.Az "Atletiko"nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Feliks sol dizinin yanaşı bağlarından zədə alıb. Portuqaliyalı futbolçu artıq tibbi müayinədən keçib. Bərpa tarixi indilik bəlli deyil.

Mövsümün gedişində Feliks farinqotonzillit və əzəli zədəsi səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalmışdı.

20 yaşlı futbolçu cari mövsümdə La Liqada 20 matçda meydana çıxıb və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Feliks 2019-cu ildə 126 milyon avro qarşılığında "Benfika"dan transfer edilib.

Fanat.Az

Mənbə: fanat.az