ÇL finallarının ən yaxşı oyunçusu - Messi (SIRALAMA)

ÇL finallarının ən yaxşı oyunçusu - Messi (SIRALAMA)

"Squawka" portalı son 20 ilin nəticələri əsasında Çempionlar Liqasının finallarının ən yaxşı oyunçularının reytinqini hazırlayıb.

 

Fanat.Az xəbər verir ki, siyahıda ancaq finalların yekununda "Matçın oyunçusu" mükafatına layiq görülmüş futbolçuların adları yer alıb. Lionel Messi 2011-ci ildə ÇL finalında "Mançester Yunayted"ə qarşı göstərdiyi performansa görə birinciliyə layiq görülüb.

"İlk onluq" belədi:

1. Lionel Messi ("Barselona", 2011-ci il, "Mançester Yunaytez üzərində 3:1 hesablı qələbə)

2. Zinədin Zidan ("Real", 2002-ci il, "Bayer" üzərində 2:1 hesablı qələbə)

3. Xavi ("Barselona", 2009-cu il, "Mançester Yunayted" üzərində 2:0 hesablı qələbə)

4. Stiven Cerrard ("Liverpul", 2005-ci il, "Milan" üzərində qələbə (3:3, penaltilərdə 3:2)

5. Oliver Kan ("Bavariya", 2001-ci il, "Valensiya" üzərində qələbə (1:1, penaltilərdə 5:4)

6. Didye Droqba ("Çelsi", 2012-ci il, "Bavariya" üzərində qələbə (1:1, penaltilərdə 4:3)

7. Aryen Robben ("Bavariya", 2013-cü il, "Borussiya D" üzərində 2:1 hesablı qələbə)

8. Anxel Di Mariya ("Real", 2014-cü il, "Atletiko" üzərində 4:1 hesablı qələbə)

9. Qaret Beyl ("Real", 2014-cü il, "Atletiko" üzərində 4:1 hesablı qələbə)

10. Dieqo Milito ("İnter", 2010-cu il, "Bavariya" üzərində 2:0 hesablı qələbə)

Fanat.Az

Mənbə: fanat.az