Braziliyalı futbolçu "Real"ın "Barselona"dan üstün olduğunu düşünür

Braziliyalı futbolçu "Real"ın "Barselona"dan üstün olduğunu düşünür

"Real"ın üzvü Vinisius Junior maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi La Liqa ilə bağlı danışıb. Gənc futbolçu çempionatda rəqibləri "Barselona"dan daha güclü olduqlarını bildirib:

"Aramızdakı oyunları yenidən izlədim, onlardan daha yaxşı olduğumuzu düşünürəm. Bundan sonra formamızı bərpa etmək üçün çalışmalıyıq. Qələbələrə acıq və azarkeşlərimiz üçün liqanı qazanmaq istəyirik. Pandemiya səbəbiylə insanlar çox əziyyət çəkdilər. Bu uğurumuzla onları bu çətin vəziyyətdə dəstəkləmək istəyirik”.

Mənbə: offsideplus.az