Tanınmış futbolçunun koronavirusa yoluxduğu ortaya çıxdı - Klubu gizlədib

Tanınmış futbolçunun koronavirusa yoluxduğu ortaya çıxdı - Klubu gizlədib

"Layptsiq"in yarımmüdafiəçisi Marsel Zabitserin bir müddət əvvəl koronavirusa yoluxduğu məlum olub.

Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, aprel ayında Zabitserdə koronavirus aşkarlanıb. Avstriyalı futbolçu iki həftəlik karantin periodunu evdə keçirib. "Layptsiq" məsələni ictimaiyyətdən gizli saxlamağa üstünlük verib.

Zabitserin mövsümün bərpasından öncə verdiyi son testin nəticəsi mənfi çıxıb.

Fanat.Az

Mənbə: www.fanat.az