“Roma”nın sabiq futbolçusu 21 yaşında ölüb

“Roma”nın sabiq futbolçusu 21 yaşında ölüb

İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Jozef Buasse vəfat edib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı kamerunlu ürəktutmasından ölüb.

2017-ci ildə “Roma”nın heyətində olan afrikalı heç bir rəsmi matçda meydana çıxmayıb. Paytaxt təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatan Buasse gənclərdən ibarət komandanın oyunlarında şans qazanıb.

Mənbə: apa.az