Ən yaxşı argentinalılardan ibarət heyət: Maradona və Lavessi var, İquain yoxdu

Ən yaxşı argentinalılardan ibarət heyət: Maradona və Lavessi var, İquain yoxdu

"Napoli"nin mətbuat xidməti Argentina May inqilabının 210-cu ildönümü münasibətilə, klubda forma geymiş ən yaxşı argentinalı futbolçulardan ibarət rəmzi heyəti açıqlayıb.

Fanat.Az xəbər verir ki, 2013-2016-cı illər aralığında Neapol təmsilçisinin heyətində çıxış etmiş və 146 oyunda 91 dəfə fərqlənmiş Qonsalo İquain "11-liy"ə daxil edilməyib.

Komandada aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Mariano Anduxar;

Müdafiəçilər: Uqo Kampanyaro, Federiko Fernandes, Roberto Ayyala, Maurisio Pineda;

Yarımmüdafiəçilər: Daniel Bertoni, Xose Sosa, Xesus Datolo;

Hücumçular: Dieqo Maradona, Roberto Sosa, Esekiel Lavessi.

Fanat.Az

Mənbə: fanat.az