Niderland klubunun müraciəti təmin olunmadı

Niderland Futbol Federasiyası AZ klubunun vaxtından əvvəl başa çatdırılan Erediviziyanın nəticələrinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxıb.

"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, komandanın müraciəti təmin olunmayıb, turnir cədvəlindəki sıralama olduğu kimi saxlanılıb.

AZ klubunun məsələ ilə bağlı UEFA-ya da məktub ünvanladığı vurğulanıb.

Qeyd edək ki, AZ koronavirus pandemiyası səbəbindən ləğv olunan 2019/2020 mövsümünü 56 xalla 2-ci sırada başa vurub və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Alkmaar təmsilçisi ilə eyni xala malik, yalnız qolların fərqinə görə rəqibini qabaqlayan lider "Ayaks" isə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Bununla razılaşmayan AZ rəhbərliyi hesab edir ki, cari mövsüm keçirilən şəxsi görüşlərin hər ikisində Amsterdam klubuna qalib gəldikləri üçün ÇL-ə birinci yerin sahibi kimi məhz onlar getməlidirlər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO

SONRAKI XƏBƏR

VARİSLİK YARIŞI ARTIQ BAŞLAYIB? –Xamnəinin yerini tutacaq şəxsin adı son anda bilinəcək