"Vulverhempton" bu iki oyunçusunu satmayacaq

"Vulverhempton" bu iki oyunçusunu satmayacaq

İngiltərənin "Vulverhempton” klubu futbolçuları Adam Traore və Raul Ximeneslə bağlı qərar verib.

Premyer Liqa təmsilçisi əsas heyətin hər iki üzvünü komandada saxlamaqda israrlıdır.

"Vulverhempton” aparıcı klubların maraq dairəsində olan liderlərinin getməməsi üçün əlindən gələni etmək niyyətindədir. Baxmayaraq ki, "Liverpul” və "Mançester Yunayted” Traoreni, "Yuventus”, "Mançester Siti” və "Real” Ximenesi transfer etmək istəyir.

Qeyd edək ki, cari mövsümdə Ximenes 22, Traore 6 qol vurub.

Mənbə: xezerxeber.az