Bundesliqada liderlərin dueli: "Borussiya" "Bavariya"ya qarşı

Bundesliqada liderlərin dueli: "Borussiya" "Bavariya"ya qarşı

Bu gün Almaniya Bundesliqasında 28-ci tura start veriləcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 4 görüş keçiriləcək. Mərkəzi qarşılaşma "Borussiya" və "Bavariya" arasında oynanılacaq. İkinci pillədə qərarlaşan Dortmund təmsilçisi lider "Bavariya"dan 4 xal geri qalır.

Almaniya Bundesliqası

28-ci tur

20:30. "Borussiya" (Dortmund) - "Bavariya"

22:30. "Ayntraxt" - "Frayburq"

22:30. "Bayer" - "Volfsburq"

22:30. "Verder" - "Borussiya" (Mönhenqladah)

Fanat.Az

Mənbə: fanat.az