Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri mərhələsi ləğv edilib

Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri mərhələsi ləğv edilib

Kanadanın Riçmond şəhərində avqustun 26-29-da keçirilməsi planlaşdırılan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının mərhələsi ləğv edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Kanada Fiqurlu Konkisürmə Federasiyası davam edən koronavirus pandemiyası səbəbindən mərhələni ləğv etmək barədə qərar qəbul edib. Bundan əvvəl, Slovakiyada sentyabrın 2-5-də keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri mərhələsi də ləğv edilmişdi.

Mənbə: azertag.az