İngiltərə millisinin üzvü koronavirusa yoluxdu

İngiltərə millisinin üzvü koronavirusa yoluxdu

Futbol üzrə İngiltərə yığmasının və “Bornmut” klubunun qapıçısı Aron Ramzdeyl koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu özü məlumat verib:

“Ötən bazar ertəsi günü məşqə başlamamışdan əvvəl verdiyim testlərdə nəticəm neqativ idi. Nəticəsi neqativ olan ilk testlə ikincisi arasında 3 gün fərq var. Çölə çıxarkən qaydalara əməl etmişdim. Bu, mənim üçün şok oldu. İndi 7 gün karantində qalmalıyam”.

Mənbə: qafqazinfo.az