"Mən tarixin ən yaxşı futbolçusuyam" - Ronaldu

"Mən tarixin ən yaxşı futbolçusuyam" - Ronaldu

"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Daily Mail"ə açıqlamasında oyunçu kimi üstün özəlliklərindən bəhs edib.

Fanat.Az xəbər verir ki, Ronaldu özünü "tarixin ən yaxşı futbolçusu" adlandırıb:

"Kiminsə məndən yaxşı olduğunu düşünmürəm. Başqalarının bacardığı, mənim bacarmadığım bir şey yoxdu. Əksinə, elə şeylər var ki, onları məndən başqa heç kim edə bilmir.

Məndən yaxşı oyunçu yoxdu. Mən tarixin ən yaxşı futbolçusuyam".

Mənbə: fanat.az