"Vulverhempton"un hücumçusu ilə razılaşdı - "Yuventus"

"Vulverhempton"un hücumçusu ilə razılaşdı - "Yuventus"

"Vulverhempton”un futbolçusu Raul Ximenes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

29 yaşlı hücumçu "Yuventus”a keçməyə hazırlaşır. Turin klubu "Vulverhempton” rəhbərliyi ilə Ximenesin keçidiylə bağlı ilkin razılıq əldə edib.

"Yuventus” Ximenesin qarşılığında Adrian Rabiotu da "Vulverhempton”a verə bilər. Transferin yayda rəsmiləşəcəyi bildirilir.

"Vulverhempton”la 2023-cü ilin yayına qədər müqaviləsi olan meksikalı hücumçu, bu mövsüm Premyer Liqada 29 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mənbə: xezerxeber.az