"Liverpul"un sabiq futbolçusu "Feyenord"u çalışdıracaq

"Liverpul"un sabiq futbolçusu "Feyenord"u çalışdıracaq

"Liverpul"un sabiq futbolçusu Dirk Kuytun yeni iş yeri müəyyənləşib.

Sport7.az xəbər verir ki, yaxın keçmişdə karyerasını bitirmiş veteran futbolçu "Feyenord"da çalışacaq. Niderland mətbuatının yazdığına görə Kuyt 2020/2021 mövsümündə klubun gənclərdən ibarət komandasının baş məşqçisi olacaq. Növbəti ildə isə o "Feyenord"un baş məşqçisi Dik Advokatı əvəzləyə biləcək.

Koronavirusa görə yekunlaşdırılan Erediviziyanın 2019/2021 mövsümündə "Feyenord" 3-cü pillədə qərarlaşmışdı.

 

Mənbə: sport7.az