Məşhur futbol klubu maska satışına başladı - MARAQLI

Məşhur futbol klubu maska satışına başladı - MARAQLI

İspaniyanın Barselona Klubu futbolu bir kənara buraxıb yeni bir işlə məşğul olmağa başlayıb. Sözügedən klub koronavirus səbəbi ilə bir çox ölkədə istifadəsi məcburi hala gətirilən tibbi maskaları rəsmi mağazalarında satışa çıxarıb.

Moderator.az xəbər verir ki, klub tərəfindən yazılan açıqlamada 3-6 yaş, 7-12 yaş və böyüklər olmaq üzrə hazırlanan üç ölçülü maskaların sağlamlıq protokoluna uyğun şəkildə hazırlandığı bildirilib.

100 faiz ekoloji materialdan hazırlanan maskaların hər yuyulmadan 8 saat sonra gözləməklə ümumilikdə 40 dəfə istifadə edilə biləcəyi ifadə edilib.

Maskaların bir ədədini 18 avrodan satışa çıxaran futbol klubu qısa zamanda "ailə paketlərini" də rəflərına qoyacağını açıqlayıb.

Kamran

Mənbə: moderator.az