“Bavariya” 3 xalı 1 qolla qazandı

“Bavariya” 3 xalı 1 qolla qazandı

Bu gün Almaniya Bundesliqasında 28-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, tura mərkəzi oyunla start verilib. Lider "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sının qonağı olub. Görüş Münhen klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 43-cü dəqiqəsində Joşua Kimmix vurub.

Qeyd edək ki, 27 turdan sonra "Bavariya" 61 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.

Mənbə: qafqazinfo.az