Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil

Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil

Bakı, 27 may, AZƏRTAC

1996-cı ildə Formula 1 üzrə dünya çempionu olan Deymon Hill Valtteri Bottasın “Mersedes”ə layiq pilot olmadığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, britaniyalı sabiq sürücünün fikrincə, finlandiyalı idmançı bu komandada uğur qazanmayacaq: “Messi ilə Ronaldo aldıqları pula layiq futbol oynayırlarmı? Azarkeşlərin çoxu bu suala “hə” cavabı verəcək. Hazırda “Mersedes”in əsas fiquru da elə Luis Hamiltondur. Komandanın strategiyasını məhz o müəyyənləşdirir. Luis layiq olduğu pulu da qazanır. Məsələn, Valtteri Bottasla “Mersedes”in dominantlıq edəcəyini düşünmürəm. Hamiltonun dəyəri də bundadır”.

Mənbə: azertag.az