Nigeriyalı futbolçu Azərbaycan pasportunu yeniləməyə gəlir

Nigeriyalı futbolçu Azərbaycan pasportunu yeniləməyə gəlir

Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka Bakıya gələcək.

Bu barədə "Report"a nigeriyalı müdafiəçinin özü məlumat verib.

Azərbaycan vətəndaşlığı da olan afrikalı oyunçu pasportunun bitmə tarixi yaxınlaşdığı üçün Azərbaycana səfər edəcək: "Hazırda Nigeriyadayam. Bu ilin sonuna qədər Bakıya gəlməyi planlaşdırıram. Gələn ilin martında vaxtı başa çatacaq pasportumu yeniləmək istəyirəm".

Hazırda ölkəsində yerli futbol akademiyalarından birində çalışan veteran oyunçu eyni zamanda məşqçilik kurslarında iştirak edir: "Artıq B lisenziyası almışam. Gələcəkdə Azərbaycanda çalışmaq istərdim".

Qeyd edək ki, 2007-2008-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş Usim Nduka 10 oyunda meydana çıxıb. 35 yaşlı keçmiş futbolçu artıq fəaliyyətini dayandırmış AZAL və "Simurq"da, həmçinin Türkiyənin "Tavşanlı Linyitspor" klubunda çıxış edib.

Mənbə: report.az