Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb.

“Qafqazinfo” xəbər verir ki, FIFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcazvüzünə məruz qaldığını açıqlamışdı.

Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar millidən qovulur.

“Dadu” ləqəbli şəxs və 20 ildir federasiyadan çalışan Jan-Bart xəbəri təkzib edib.

Mənbə: qafqazinfo.az