İngiltərəli futbolçu 24 yaşında qəflətən öldü

İngiltərəli futbolçu 24 yaşında qəflətən öldü

Kristian Mbulu

İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib.

"Report" 4-cü liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yerli oyunçu 24 yaşında qəflətən vəfat edib.

Hələlik müdafiəçinin ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarının formasını geyinib.

Mənbə: report.az