"Rubin"in daha bir futbolçusu koronavirusa yoluxdu

"Rubin"in daha bir futbolçusu koronavirusa yoluxdu

Rusiya "Rubin"i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticəsini açıqlayıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Kazan təmsilçisinin müdafiəçisi Nikolay Poyarkovda xəstəliyin simptomları aşkarlanıb.

21 yaşlı futbolçu şəxsi evində karantin altına alınıb.

Qeyd edək ki, daha əvvəl "Rubin"də yarımmüdafiəçi Konstantin Pliyev koronavirusa yoluxub.

Mənbə: report.az