İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

"Morkam"ın müdafiəçisi, daha öncə "Moteruell"də çıxış etmiş Kristian Mbulu dünyasını dəyişib.

23 yaşlı ingilis futbolçunun ölüm səbəbi bəlli deyil. Fanat.Az xəbər verir ki, "Moteruell"in sahibi Cim Makmahon klub saytına açıqlamasında qeyd edib:

"Kristianın ölüm xəbərini eşidəndə şoka düşdük. O, hamının çox sevdiyi, mehriban və fədakar biri idi. Bu çətin günlərdə dualarımız Kristianın ailəsinin yanındadı".

Bir neçə gün öncə PSJ-nin yetirməsi Jordan Diakise vəfat etmişdi. 24 yaşlı oyunçunun da ölüm səbəbi barədə məlumat verilməmişdi.

Mənbə: fanat.az