Demiral yaşıl meydanlara qayıdır

Demiral yaşıl meydanlara qayıdır

"Yuventus"un mərkəz müdafiəçisi Merih Demiral cari mövsümün gedişində yaşıl meydanlara qayıda bilər.

Demiral "Roma" ilə oyunda çarpaz bağlarından zədə almışdı. Onun mövsümün qalan hissəsini və Avro-2020-ni qaçıracağı gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə türk futbolçunun oynamaq ehtimalını artırıb.

Fanat.Az "Tuttomercato"ya istinadən xəbər verir ki, topla məşqlərə başlayan Demiral meydanlara qayıtmağa hazırlaşır. Lakin 22 yaşlı oyunçu ancaq A Seriyasında forma şansı əldə edə biləcək. "Yuve" onun adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.

Demiral cari mövsümdə 7 matçda meydana çıxıb.

Mənbə: fanat.az