Rusiya klubunun futbolçusunda koronavirus aşkarlandı

Rusiya klubunun futbolçusunda koronavirus aşkarlandı

“Rubin” futbol klubunun müdafiəçisi Nikolay Poyarkovun koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bundan əvvəl Kazan klubunun digər oyunçusu Konstantin Plievin də koronavirusa yoluxduğu təsdiqlənib.

Məlumata görə, Poyarkov digər oyunçular və heyətlə əlaqə saxlamayıb. Futbolçu hazırda Kazandakı evində özünü təcrid vəziyyətindədir.

Xatırladaq ki, 20 yaşlı oyunçu Leonid Slutskinin komandasına bu mövsümün startında gəlib. O, “Rostov” klubundan icarəyə götürülüb.

Mənbə: lent.az