Afrika Millətlər Kuboku təxirə salınır

Afrika Millətlər Kuboku təxirə salınır

2021-ci ilin yanvar ayında Kamerunun ev sahibliyində keçirilməli olan Afrika Millətlər Kuboku (AMK) koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.

Fanat.Az RMC-yə istinadən xəbər verir ki, Afrika Futbol Konfederasiyası yaxın həftələrdə turnirin təxirə salınması ilə bağlı rəsmi qərarını açıqlayacaq. Millətlər Kubokunun 2022-ci ilin yanvarında keçiriləcəyi gözlənilir.

Turnirin son qalibi Əlcəzair millisidi. AMK hər iki ildən bir keçirilir.

Mənbə: www.fanat.az