"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

"Real" növbəti məşqinə çıxıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Real" məşqdən öncə koronavirus qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad edib.

İspaniyada mövsüm koronavirus pandemiyası səbəbindən dayandırılıb. La Liqa prezidenti Xavyer Tebas daha öncə çempionatın 11, 12 və ya 13 iyun tarixində bərpa edilə biləcəyini qeyd etmişdi.

İspaniyada COVID-19-a yoluxanların sayı 283 min 339-ə çatıb. Ölkədə 27 min 117 nəfər koronavirusdan dünyasını dəyişib.

Fanat.Az

Mənbə: fanat.az