Balotelli əsas komandanın məşqlərində iştirak etmir

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

"Breşiya"nın hücumçusu Mario Balotelli əsas komanda ilə məşqlərə çıxmır.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Balotelli gənc komandalar üçün nəzərdə tutulmuş meydançada fərdi şəkildə məşq edir.

Daha əvvəl 29 yaşlı futbolçu fərdi çalışmalara qoşulmamış və klubu bu barədə məlumatlandırmamışdı. "Breşiya" tərəfi hələ də məsələ ilə bağlı açıqlama verməyib.

Balotellinin adı "Vasko Da Qama" və "Qalatasaray"la birlikdə hallanır.

2019-20 mövsümündə A Seriyasında 19 matçda meydana çıxan italiyalı forvardın aktivində 5 qol var.

Fanat.Az

Mənbə: fanat.az