Balotellini İtaliya klubundan qovurlar - intizamsızlığına görə

Balotellini İtaliya klubundan qovurlar - intizamsızlığına görə

"Breşiya" Mario Balotelli ilə yolları ayıracaq.

Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb. Məlumata görə klub rəhbəri Massimo Çellino futbolçunun xidmətindən daha yararlanmamaq qərarına gəlib.

Klub mövsümün sonunda futbolçu ilə müqaviləyə xitam verəcək. Buna səbəb Balotellinin intizamsızlığı olub. Futbolçu 10 gün ərzində klubun bazasında məşqlərə məhəl qoymayıb. Heç bu addımını izah da etməyib. Bu üzdən klubdaxili intizam qaydalarını pozduğu üçün cəzalandırılıb.

Balotellinin müqavilə müddəti 2022-ci ilə qədərdi. Lakin yayda başqa kluba transfer oluna bilər.

Qalmaqallı hücumçuya Türkiyədən də maraq var. "Qalatasaray" italiyalı futbolçunu heyətində görmək istəyir.

Sport7.az

Mənbə: sport7.az