"Yuventus" Fransa klubundan bu futbolçunu icarəyə götürəcək

"Yuventus" Fransa klubundan bu futbolçunu icarəyə götürəcək

"Yuventus" heyətini "Lion"un futbolçusu Ussema Auara ilə gücləndirmək istəyir.

Sport7.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Yuve" futbolçunu icarəyə götürmək üçün Fransa klubu ilə danışıqlar aparmağa hazırlaşır. İtalyanlar Auaranı transfer hüququ ilə birlikdə 2 mövsümlük icarəyə götürmək istəyir.

Turinlilər futbolçuya görə 50 milyon avro ödəməyə hazırdı. Ancaq koronavirus səbəbindən məbləği hissə-hissə ödəməyi təklif edəcəklər.

"Yuventus"un məşqçiləri Auaranı gələn yay komandanı tərk edəcək Miralem Pyaniçə potensial əvəzləyici kimi baxırlar.

Sport7.az

Mənbə: sport7.az