NHL-də pley-off cütləri müəyyənləşdi

NHL-də pley-off cütləri müəyyənləşdi

Milli Hokkey Liqasında (NHL) müntəzəm çempionatın başa çatdığı elan olunub.

Mövsüm birbaşa pley-offla davam edəcək. Sözügedən mərhələdə bu səfər 16 yox, hər konfransda 12-si olmaqla, toplam 24 komandada iştirak edəcək.

 

Fanat.Az NHL-in saytına istinadən xəbər verir ki, artıq pley-offun ilk mərhələsinin cütləri müəyyənləşib.

Şərq konfransı: "Pittsburq" - "Monreal", "Karolina" - "Reyncers", "Aylenders" - "Florida", "Toronto" - "Kolambus.

Qərb konfransı: "Edmonton" - "Çikaqo", "Neşvill" - "Arizona", "Vankuver" - "Minnesota", "Kalqari" - "Vinnipeq".

3 qələbəyə ən tez çatanlar ikinci mərhələyə vəsiqə qazanacaqlar. Xal hesabı daha yaxşı olan 8 komanda ilk etapı oynamadan keçəcək.

Fanat.Az

Mənbə: www.fanat.az